Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sosial

01 İyul 2025 20:35 394


Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 09:00-dan saat 15:00-dək Biləcəri qəsəbəsinin bir sıra ərazilərində yerləşən bəzi yaşayış və sahibkarlıq obyektlərində, eləcə də yeni yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!