Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sosial

29 Sentyabr 2025 22:11 1859


Kəngərli rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən məlumat verilib.

Belə ki, 110/35/10 kilovoltluq "Qıvraq" yarımstansiyasında cari təmir işləri aparılacaq. Dominos pizza

Bununla əlaqədar, "Qıvraq" yarımstansiyasından qidalanan 35 kilovoltluq "Qarabağlar" hava elektrik verilişi xəttində də texniki işlər görüləcək. Nəticədə, sabah saat 11:30-dan 12:30-a qədər Qıvraq qəsəbəsi və ətraf kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Qeyd olunur ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların aparılması çərçivəsində müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!