Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ

Sosial

06 Oktyabr 2025 18:44 420


Sabah Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən məlumat verilib.

Belə ki, 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Sədərək" hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq. pizza sifarişi

Bu səbəbdən oktyabrın 7-də saat 15:00-dan 16:30-dək Sədərək kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!