Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sosial

29 Aprel 2025 20:59 296


Babək rayonunun bir neçə kəndində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.

Bildirilib ki, 30 aprel 2025-ci il tarixində saat 09:00-dan etibarən Babək rayonunun Qahab, Naxışnərgiz, Nəcəfalıdizə, Nəhəcir və Göynük kəndlərində qaz verilişi müvəqqəti olaraq dayandırılacaq. Toyuqlu pizza

Qaz təchizatının dayandırılmasına səbəb 100 mm və 159 mm diametrli qaz borularında aşkar edilmiş korroziya hallarının aradan qaldırılmasıdır.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!