Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sosial

13 May 2025 23:46 238


İmişli rayonunun 21 kəndində qaz təchizatı dayandırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, "Otuzikilər" ölçü qovşağında quraşdırılmış mövcud daraldıcı qurğu sərfiyyata uyğun yeni daraldıcı qurğu ilə əvəz olunacaq. Pepperoni pizza

Bu məqsədlə əlaqədar olaraq, 14 may saat 10:00-dan işlər yekunlaşanadək İmişli rayonunun 21 kəndində - Yuxarı Qaralar, Otuzikilər, Murğuzallı, Muradallı, Mürsəlli, Xoşçobanlı, Qaraqaşlı, Ölcələr, Nurulu, Sultanmuradlı, Qaradonlu, Çahar, Gövhərli, Məzrəli, Çaxırlı, Xubyarlı, Qızılkənd, Aranlı, Hacırüstəmli, Hacalmuradlı, Kürmahmudlu kəndlərində, həmçinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən 11 "Məcburi köçkünlər" qəsəbəsində (ümumilikdə 10 528 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!