Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sosial

12 İyun 2025 22:24 531


Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Xocəsən" və "Sulutəpə" ortatəzyiqli qaz xətləri üzərində tənzimləyicinin yer səthindən dayaqlar üzərinə qaldırılması və quraşdırılması, eləcə də Yasamal rayonu, Kənar Dairəvi 38 ünvanında qaz sızmasının ləğvi məqsədilə iyunun 13-də saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq. Sezar pizza

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Sulutəpə və Xocəsən qəsəbələrinin, Yasamal rayonu üzrə isə Ə.Əhmədov, D.Bünyadzadə, M.Xiyabani, M.Mirzəyev, Kənar Dairəvi, 7-ci Alatava, General Həmidov, Ü.Əkbərov, X.Mustafayev, X.Dadaşov, Z.Kərimov, A.M.Şərifzadə küçələrinin və 2-ci Alatava qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!