Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sosial

08 Sentyabr 2025 21:28 282


Sabah Balakən şəhərində 344 abonentin qaz təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Balakən şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən Şindiyev Seymur Abdulməcid oğluna məxsus torpaq sahəsinin qarşısından keçən D76 mm-lik ortatəzyiqli qaz xəttinin və D108 mm-lik ortatəzyiqli yerüstü qaz xəttinin dəyişdirilməsi məqsədilə sabah saat 11:00-dan işlər yekunlaşanadək Yeni Yaşayış massivin bir hissəndə 344 abonentin qaz təchizatı dayandırılacaq. Toyuqlu pizza

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!