Sakinlərin NƏZƏRİNƏ: Bir sıra ərazilərdə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin NƏZƏRİNƏ: Bir sıra ərazilərdə işıq olmayacaq

Sosial

11 Oktyabr 2025 23:49 478


Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının "Elektroenergetika konsepsiyası" üzrə "Azərenerji" ASC-nin təsdiq etdiyi 2025-ci ildə nəzərdə tutulan işlər çərçivəsində yeni tikilən 132 kV-luq "Culfa" elektrik verilişi xəttinin məftilinin çəkilməsi zamanı təhlükəsizlik tədbirləri məqsədilə 132/110/10 kilovoltluq "Culfa" yarımstansiyasından qidalanan 2 və 5 saylı 10 kilovoltluq hava elektrik verilişi xətləri razılaşdırılmış sifarişə əsasən açılacaq.

Bununla əlaqədar Culfa rayonunun Dizə, Gülüstan kəndlərində və Yaycı kəndinin bir hissəsində 13 oktyabr tarixində saat 09:00-dan 10:00-a qədər fasilə yaranacaq. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!