Şakira boşanma travmasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Şakira boşanma travmasından danışdı

Şou

30 İyun 2023 10:40 930


Şakira futbolçu Jerar Pike ilə ayrıldıqdan sonra qarşılaşdığı problemlərdən danışıb.

Yenisabah.az "People Spain"ə istinadla xəbər verir ki, müğənni atası reanimasiyada olarkən belə böyük ağrıdan, əzizini itirməkdən və s. söz açıb:

"Hər şey dağıldı, evim dağıldı. Atamın sağalması inanılmaz dərəcədə çətin və ləng keçdi, lakin o, bizi həmişə gücü ilə təəccübləndirən gözəl və sevimli bir insandır". Dominos pizza

Övladları Milan və Saşaya gəlincə, Şakira etiraf edib ki, uşaqlar ona təsvirolunmaz güc verir və gündəlik həyatına sevinc gətirir: "Onlar mənim üçün hər şey deməkdir, mən onlar üçün yaşayıram.

Məni qorxudan şeylər yaşadım, amma onlardan xilas oldum. İnsanların, xüsusən də qadınların dözümlülüyü hədsizdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!