Saleh Məmmədova məxsus olduğu iddia edilən 12 milyonluq mülklə bağlı –   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Saleh Məmmədova məxsus olduğu iddia edilən 12 milyonluq mülklə bağlı – Açıqlama

Sosial

10 İyul 2019 01:11 1222


Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədova məxsus olduğu iddia edilən villanın görüntüləri yayılıb.

Sözügedən məlumat sosial şəbəkədə yayılıb və dərhal da geniş kütlə tərəfindən sürətlə yayılıb. Yayılan məlumatda deyilir ki, villa son 1 il ərzində tikilib və istifadəyə verilib. Üç mərtəbəli binanın 40 otaqdan ibarət olduğu və 12 milyon manata başa gəldiyi də iddia edilir.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan Azərbaycan Avtomovil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, bu cür əsassız məlumatlar məhz müxalifətçilər və o düşərgəyə xidmət edən şəxslər tərəfindən məqsədyönlü şəkildə yayımlanır: Pepperoni pizza

“Siz sadəcə olaraq bu cür informasiyaların kimlər tərəfindən yayılmasına nəzər yetirin. Bunu sırf müxalifətçilər, müxalif düşərgəyə xidmət göstərənlər yayır. Onların da bu cür informasiyaları yaymasının səbəbləri bəllidir. Göründüyü kimi bu cür insanlar, müxalifyönlü qüvvələri təmsil edənlər bunu bir məqsədlə edirlər ki, vəzifəli şəxslərlə bağlı şər və böhtan dolu məlumatlar yaysınlar və ölkəmizi sadəcə olaraq beynəlxalq ictimaiyyət qarşısında pis ölkə kimi qələmə verib nüfuzumuzu aşağı salsınlar. Bu da həmin qüvvələrin çirkin oyunun bir parçasıdır. Bu cür insanlar sifariş əsasında nəsə tapıb bu məqsədlə də yayırlar”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!