Salyanda avtomobil 10 yaşlı uşağı vurdu

saytların hazırlanması

Evə çatdırılma

Salyanda avtomobil 10 yaşlı uşağı vurdu

Hadisə

27 Noyabr 2024 23:20 897


Salyanda 10 yaşlı uşağı avtomobil vurub.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Noxudlu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2014-cü il təvəllüdlü H.N. velosipedlə hərəkətdə olarkən onu minik avtomobili vurub. Dominos pizza

Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ilk tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan paytaxt Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!