Salyanda avtomobil ağaca çırpılıb - Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Salyanda avtomobil ağaca çırpılıb - Xəsarət alanlar var

Hadisə

25 İyul 2024 09:21 847


Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Yenisabah.az-ın məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan VAZ-2115 markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.  Pepperoni pizza

Qəza nəticəsində Salyan şəhər sakinləri - 1998-ci il təvəllüdlü Elnur Elman oğlu Babayev və 2001-ci il təvəllüdlü Əlikram Əli oğlu Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar. 

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır./Report 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!