Salyanda avtomobil aşdı, bir ailənin dörd üzvü... 

saytların hazırlanması

Evə çatdırılma

Salyanda avtomobil aşdı, bir ailənin dörd üzvü... 

Hadisə

23 Dekabr 2023 08:41 677


Salyan rayonunda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb. 

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. 

Belə ki, “Jiquli” markalı avtomobil hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb.  pizza

Qəza nəticəsində bir ailənin dörd üzvü - rayonun Sarvan kənd sakinləri, 1961-ci il təvəllüdlü Abışova Gülşən Davud qızı, 1988-ci il təvəllüdlü Abışova Xanım Yusif qızı, 2010-cu il təvəllüdlü Abışzadə Eşqin Emil oğlu və 1988-ci il təvəllüdlü Abışov Emil Həsrətddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. 

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!