Salyanda əkiz bacılar eyni universitetə qəbul oldular

saytların hazırlanması

Evə çatdırılma

Salyanda əkiz bacılar eyni universitetə qəbul oldular

Sosial

29 Avqust 2025 19:26 504


Salyan rayonunda maraqlı hadisə yaşanıb.

Yenisabah.az xəbər verir ki, əkiz bacılar eyni universitetə qəbul olublar.

Belə ki, Salyan şəhər Yavər Qafarov adına 8 nömrəli tam orta məktəbin builki məzunları Aydan və Aytac Babayeva bacıları tələbə olublar. Əkiz bacıların hər ikisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Yer quruluşu və daşınmaz əmlakın kadastrı ixtisasına qəbul olublar. pizza hut

Onların sözlərinə görə, bu ixtisası gələcək perspektivi olduğu üçün seçiblər:

"Seçdiyimiz ixtisas gələcək üçün perspektivlidir. Həmçinin eyni universitetdə oxumaq istədiyimiz üçün eyni ixtisası yazmışıq. Abituriyentlərə tövsiyə edirik ki, təhsili ikinci plana atmasınlar, gələcəyi olan bir ixtisas seçsinlər. Hər zaman özlərinə inansınlar, oxumamaq kimi bir fikirdə olmasınlar. Təhsil hər şeydən vacibdir"./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!