Salyanda elektrik şəbəkəsinin əməkdaşını cərəyan vurdu

saytların hazırlanması

Evə çatdırılma

Salyanda elektrik şəbəkəsinin əməkdaşını cərəyan vurdu

Hadisə

22 Sentyabr 2024 20:59 631


Salyan rayonunda elektrik şəbəkəsinin əməkdaşını cərəyan vurub.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.

Belə ki, rayonun Quyçu kənd sakini, 1999-cu il təvəllüdlü Abbasov İbrahim Mübariz oğlu sözügedən ünvanda mağazanın damında elektrik xəttində işləyərkən onu cərəyan vurub. pizza mizza

Nəticədə o, hər iki əlin üz səthində yanıq xəsarətləri alıb və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!