Salyanda narkoman sürücü saxlanıldı - FOTO 

saytların hazırlanması

Evə çatdırılma

Salyanda narkoman sürücü saxlanıldı - FOTO 

Maraqlı

25 Sentyabr 2022 15:14 831


Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, axşam saatlarında yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsünə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün “Saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini Orxan Ələkbərovun narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Toyuqlu pizza

Müayinənin nəticəsinə əsasən O.Ələkbərovun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub və hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!