Salyanda qoyun oğrusu tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Salyanda qoyun oğrusu tutuldu

Kriminal

10 Sentyabr 2021 16:58 1046


Salyan rayonunda fermadan 16 baş qoyun oğurlayan şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinə rayonun Aşağı Noxudlu kəndi ərazisində yerləşən fermaların birindən 16 baş qoyunun oğurlaması barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar Salyan və Ağcəbədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Eldəniz Musayev yaşadığı rayon ərazisində saxlanılaraq istintaqa təqdim olunub. pizza sifarişi

Dindirilmə zamanı həmin şəxs cinayət əməlini etiraf edərək, oğurladığı qoyunları Masallı rayonu ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib. 

Faktla əlaqədar E.Musayev barəsində Salyan RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!