Salyanda yol qəzası oldu, xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Salyanda yol qəzası oldu, xəsarət alanlar var

Hadisə

01 Noyabr 2024 22:28 815


Salyan rayonunda yol qəzası olub, yaralananlar var.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Əlibəy Hüseynzadə küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai Sonata” markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Dominos pizza

Qəza nəticəsində Salyan şəhər sakinləri – 1962-ci il təvəllüdlü Bağırova Bikəxanım Abdulhəsən qızı və 1985-ci il təvəllüdlü Mənəfova Vüsalə Sabir qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!