Yüksək vəzifəli məmura cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Yüksək vəzifəli məmura cinayət işi açıldı

Kriminal

11 Noyabr 2021 19:45 976


Salyanın baş memarı, rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri barəsində cinayət işi başlanılıb.

Yenisabah.az xəbər verir ki, Hüseynov Teyyub Safalı oğlu bir sıra qanun pozuntularında ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, əməllər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib. Dördpendirli pizza

İş üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlkin Abdullayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 23-nə təyin edilib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!