Şamaxı-İsmayıllı yolu güclü qar səbəbindən bağlandı, maşınlar yolda qaldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şamaxı-İsmayıllı yolu güclü qar səbəbindən bağlandı, maşınlar yolda qaldı - Fotolar

Hadisə

13 Yanvar 2024 20:59 700


Güclü qar səbəbindən Şamaxı-İsmayıllı avtomobil yolu bağlanıb.

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, hazırda ərazidə 200-dən artıq avtomobil yolda qalıb.

İlkin məlumatlara əsasən, Muğanlı yolunda qar daha keçilməz xarakter daşıyır. Qarın qalınlığı 10 sm-dən artıqdır və yollar buz bağlayıb. pizza hut

Yolların buz bağlaması səbəbindən ərazidə bir neçə zəncirvari qəza da meydana gəlib.

Əraziyə polis əməkdaşları cəlb olunublar. Hazırda vəziyyətin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!