"Şamaxı"nın baş məşqçisi Sənan Qurbanov istefa verib.
Yenisabah.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 23-cü turunda bu gün "Qarabağ"a 0:8 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında qərarını açıqlayıb.
"Belə məğlubiyyətdən sonra nəsə danışmaq çətindir. Oyuna itkilərlə çıxmışdıq. Acı məğlubiyyətdir. Rəhbərliklə danışdıq, getməyə qərar verdim. Gələcək oyunlarda "Şamaxı"ya uğurlar arzu edirəm. Ölkə kubokunu qazandıq, burada yaxşı günlərimiz oldu. Belə acı məğlubiyyətdən sonra qalmağım düzgün deyil" - deyə o bildirib. Pepperoni pizza
Qeyd edək ki, Sənan Qurbanov 2021-ci ildən "Şamaxı"nı çalışdırırdı. Onun komandası hazırda Premyer Liqada 20 xalla 6-cı pillədə qərarlaşıb.
Telegram kanalımız