“Şamaxı” “Sabah”ı məğlub etdi

saytların hazırlanması

Evə çatdırılma

“Şamaxı” “Sabah”ı məğlub etdi

İdman

22 Dekabr 2024 16:18 546


Azərbaycan Premyer Liqasının 18-ci turunun daha bir görüşü baş tutub. 

Yenisabah.az xəbər verir ki, Şamaxı şəhər stadionunda yerli komanda "Sabah"ı qəbul edib. Meydan sahibləri qonaqları xalsız yola salıblar - 3:1.

Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran "Şamaxı" 7-ci pilləyə yüksəlib. 26 xalı olan paytaxt klubu isə 5-ci sıradadır. pizza

Qeyd edək ki, günün ikinci görüşündə ilk iki pillədə qərarlaşan "Qarabağ"la "Araz-Naxçıvan" üz-üzə gələcək.

18-ci turun əvvəlki matçlarında "Zirə" səfərdə "Səbail"i məğlub edib - 1:0. "Turan Tovuz" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 1:1. "Kəpəz" - "Sumqayıt" qarşılaşmasında isə qapılara qol vurulmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!