Şamaxıda avtomobil dərəyə aşdı, xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda avtomobil dərəyə aşdı, xəsarət alanlar var

Hadisə

21 Fevral 2021 19:12 769


Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Şamaxı rayonunun Dəmirçi kəndi ərazisində qeydə alınıb.

Şamaxı-Dəmirçi yolunda hərəkətdə olan 90-ZO-526 dövlət nömrə nişanlı "Honda" markalı minik avtomobili yolun buz bağlaması səbəbindən idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Məmmədli Fəridə Zahir qızı, 1992-ci il təvəllüdlü Məmmədzadə Araz Fərhad oğlu, 1991-ci il təvəllüdlü Məmmədzadə Nisə Afər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Dördpendirli pizza

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!