“Şamaxı”da baş məşqçi və bir neçə futbolçu ilə yollar ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

“Şamaxı”da baş məşqçi və bir neçə futbolçu ilə yollar ayrıldı

İdman

16 İyun 2023 19:34 937


“Şamaxı” klubunun rəhbərliyi ilə məşqçilər heyəti arasında iclas keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, toplantıda 2023/2024 mövsümünün planları, klubun strategiyası müzakirə edilib. Alınan qərara əsasən, məşqçilər - Cavid Hüseynov, Elhad Nəziri və Şərafəddin Hüseynovla rəhbərlik arasında klubun strategiyası ilə bağlı qismən fikir ayrılığı olduğuna görə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. pizza hut

Qapıçılar üzrə məşqçi Anar Niftəliyev isə mövsüm başa çatdıqdan sonra karyerasını başqa klubda davam etdirmək istədiyindən onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Klub rəhbərliyi tərəfindən müqaviləsi davam edən baş məşqçi Vüqar Əsgərliyə yeni məşqçi heyəti formalaşdırılması tapşırılıb.

Eyni zamanda, futbolçular Elvin Məmmədov, Amil Yunanov, Rauf Hüseynli, Kamal Mirzəyev və Tapdıq Əhmədov müqavilə müddətləri, Nihad Quliyev isə icarə müddəti başa çatdığından komandadan ayrılıblar.

Qeyd edək ki, “Şamaxı” növbəti mövsüm I Divizionda çıxış edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!