Şamaxıda bələdiyyə sədri məsuliyyətə cəlb olundu

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda bələdiyyə sədri məsuliyyətə cəlb olundu

Hadisə

05 Dekabr 2023 20:42 765


Şamaxıda sanitar-gigiyena qaydalarının pozulması halları ilə bağlı bələdiyyə sədri məsuliyyətə cəlb olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, Şamaxı Rayon Polis Şöbəsinin və 6 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirilən tədbirlər zamanı Birinci Çaylı kəndi ərazisində məişət tullantılarının qalaqlanmasını aşkar ediblər. Sezar pizza

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib edilərək o, inzibati məsuliyyətə cəlb olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!