Şamaxıda BMW aşdı, bir ailənin üç üzvü həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda BMW aşdı, bir ailənin üç üzvü həlak oldu

Hadisə

05 Dekabr 2023 19:51 986


Şamaxıda avtomobilin aşması nəticəsində üç nəfər həlak olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti (DİN) məlumat yayıb.

Bildirilib ki, hadisə dekabrın beşində saat 17 radələrində Şamaxı rayonunun Göylər kəndi ərazisində baş verib. pizza hut

BMW markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində avtomobildə olan sürücü və sərnişinlər, Ağsu rayon sakinləri - 1965-ci il təvəllüdlü Xaləddin Fərhad oğlu Mətiyev, 1970-ci il təvəllüdlü Sadiq Fərhad oğlu Mətiyev və 1994-cü il təvəllüdlü Tural Xaləddin oğlu Fərhadzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!