Şamaxıda böyük həyəcan: İlk oyun futbol bayramına çeviriləcək?

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda böyük həyəcan: İlk oyun futbol bayramına çeviriləcək?

İdman

08 Aprel 2022 16:33 806


Sabah Şamaxı futbol klubu ilk dəfə olaraq öz meydanında Neftçi klubunu qəbul edəcək. Şəhər əhalisi və digər aidiyyatı qurumlar bu oyuna hazırdırlarmı? Bununla bağlı şəhərdə son olaraq hansı təşkilatı və tamamlayıcı işlər görülüb?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Şamaxı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Rəşad Əliyev sabah baş tutacaq oyuna hazırlıq işlərinin tamamlandığını, eyni zamanda bütün biletlərin satıldığını bildirib.

“Qonaqların qarşılanması ilə bağlı bütün müvafiq işlər görülüb, amma təşkilatı məsələləri klub həll edir. Dəvət və digər məsələləri klub etdiyi üçün, rayon olaraq biz müəyyən məntəqələrdə, azarkeşlərin ora cəlb olunmasını və biletlərin satılmasını təşkil etmişik. Rayonda futbola böyük maraq var. Liqada oynayan komanda olduğu üçün azarkeşlərin çox olacağını düşünürük. İcra Hakimiyyəti olaraq digər qonaqların qarşılanmasında da iştirak edərək komandamıza dəstək olacağıq”. Toyuqlu pizza

Rayonda abu-havanın yüksək olduğunu bildirən Rəşad Əliyev sabah böyük izdiham olacağını düşündüyünü deyib.

“Həm rayon ictimaiyyətinin, həm İcra Hakimiyyətinin komanda üzvlərini, icraçı direktoru, texniki heyətlə ilk tanışlığı olacaq. Şübhəsiz ki, hər bir rayon istəyər ki, rayonun klubu olsun. Rayonda abu-hava çox yüksəkdir. Əhali arasında böyük həvəs var güman edirəm ki, sabah böyük izdiham görəcəyik. 

Satışa 1500 bilet təqdim olunmuşdu və hamısı satılıb. Əlavə biletlərin satışa çıxarılması üçün klub meneceri ilə danışıqlar aparılacaq və yəqin ki əlavə bilet tədarük olunacaq”.
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!