Şamaxıda iki qonşunun evi yandı

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda iki qonşunun evi yandı

Hadisə

12 Mart 2021 19:58 677


Şamaxı rayonunda yanğın hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün axşam saat 18:30 radələrində Şamaxı şəhərinin M.F.Axundzadə küçəsindəki 24 saylı mənzildə qeydə alınıb. Rayon sakini, 1925-ci il təvəllüdlü Faiq Mirzəyevə məxsus 90 kvadratmetr və qonşusu, 1963-cü il təvəllüdlü Oqtay Mirzəyevə məxsus 100 kvadratmetrlik mənzillərdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

Bir evdə baş verən yanğının qısa vaxtda digər mənzilə keçməsi nəticəsində ümumilikdə 100 kvadratmetr sahə və içəridəki əşyalar yanıb, evlərin qalan hissəsi və yaxınlıqdakı digər tikililər alovdan mühafizə edilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Yanğın zamanı xəsarət alan olmayıb.  pizza hut

Faktla bağlı araşdırma aparılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!