Şamaxıda koronavirus xəstəsinə cinayət işi açıldı 

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda koronavirus xəstəsinə cinayət işi açıldı 

Kriminal

30 İyul 2021 12:34 800


Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan Şamaxı şəhər sakini Fariz Mikayılova ev şəraitində müalicə təyin edilib və karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin o, qaydaları kobud şəkildə pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaradıb. Həmin şəxs polis əməkdaşları tərəfindən yaşadığı ünvana geri qaytarılıb.

F.Mikayılov barəsində Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci  (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!