Şamaxıda minaatan aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda minaatan aşkarlandı

Sosial

22 Mart 2019 13:40 1003


Martın 21-də saat 14:48-də Daxili İşlər Nazirliyinin Şamaxı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində 6 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Bu barədə "Yeni Sabah"a ANAMA-dan bildirilib.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. pizza

 Agentliyin mütəxəssisləri və Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Zoğalavay çayının kənarına baxış keçirilmişdir. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 7 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS) və 1 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan 82 mm-lik minaatan mərmisi (O-832) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların (PHS) ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!