Şamaxıda ağır yol qəzasında xəsarət alan bir ailənin üç üzvü Bakıya gətirilib.
Yenisabah.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar - 1994-cü il təvəllüdlü Məmmədli Fəridə Cahid qızı, 1991-ci il təvəllüdlü Məmmədzadə Nisə Afər qızı və 1992-ci il təvəllüdlü Məmmədzadə Araz Fərhad oğlu təcili yardımın köməkliyi ilə əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Lakin xəsarətləri ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndəriliblər. Müayinə zamanı F.Məmmədliyə qapalı kəllə-beyin travması və qabırğaların sınığı, N.Məmmədzadəyə bədənin müştərək travması, A.Məmmədzadəyə isə baş nahiyəsinin cırılmış yaraları diaqnozları qoyulub. Toyuqlu pizza
Qeyd edək ki, hadisə Dəmirçi kəndində qeydə alınıb.
Qəzanın təfərrüatı araşdırılır. /Report
Telegram kanalımız