Şamaxıda torpaq sürüşməsi baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda torpaq sürüşməsi baş verdi

Sosial

23 Aprel 2025 13:41 302


Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.

Yenisabah.az report-a istinadla xəbər verir ki, sürüşmə Çabanı-Əngərxan avtomobil yolunda qeydə alınıb.

Sürüşmə nəticəsində yolda 1 metr dərinliyində və 4 metr enində iri yarğan əmələ gəlib, nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb. Yolun asfalt örtüyü sıradan çıxıb, yolun çiyin hissəsi isə tamamilə dağılıb. pizza hut

Yerli sakinlər bildiriblər ki, ərazidə torpaq sürüşməsi hər gün daha da aktivləşir. Son günlərdə müşahidə olunan davamlı yağıntılar bu prosesi daha da sürətləndirib. 

Sürüşmə zonası xüsusi xəbərdarlıq nişanları ilə işarələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!