Şamaxıda yeni stadion inşa olunur

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda yeni stadion inşa olunur

İdman

09 İyul 2020 19:57 1106


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Şamaxı Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında Şamaxı şəhərində yeni stadionun inşasına başlanılıb.

AFFA-dan Yenisabah.az-a verilən məlumata görə, 2 200 tamaşaçı tutumuna malik stadionda müvafiq standartlara cavab verən əsas meydandan başqa, iki süni örtüklü meydançanın da inşası layihədə öz əksini tapıb.

Əsas meydanın tribunaları tavanla örtüləcək. Süni örtüklü meydançalarda isə ümumilikdə 300 azarkeş üçün oturacaqlar quraşdırılacaq. Əsas meydanın ətrafında qaçış zolağı olacaq. pizza mizza

Stadionun inşasının maliyyələşdirilməsi UEFA-nın “Hat-Trick” layihəsi və AFFA-nın büdcəsi hesabına həyata keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!