Şamaxıda yük maşını dərəyə aşdı, xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda yük maşını dərəyə aşdı, xəsarət alanlar var

Hadisə

29 İyun 2024 14:28 704


Şamaxı rayonunda yük maşını dərəyə aşıb, xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb.

Belə ki, Kürdəmirdən Şamaxı istiqamətində hərəkətdə olan yük avtomobili yoldan çıxaraq aşıb, daha sonra dərəyə yuvarlanıb. Qəza nəticəsində yük avtomobili yararsız vəziyyətə düşüb və içərisində olan qarpız yola dağılıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 2002-ci il təvəllüdlü İdris Elçin oğlu Həsənov və sərnişini, 1969-cu il təvəllüdlü Elman Ağaqulu oğlu Yusifov Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Pepperoni pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!