Samir Bağırov Flora Kərimovanın evində - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Samir Bağırov Flora Kərimovanın evində - VİDEO

Şou

17 Noyabr 2025 14:34 584


Samir Bağırov Xalq artisti Flora Kərimovanın evində qonaq olub. 

"Yeni Sabah" xəbər verir ki, müğənni həmin görüşdən çəkilmiş görüntüləri izləyiciləri üçün paylaşıb.

“Bu gün sənətimizin canlı əfsanəsi, özünəməxsus dəsti-xətti ilə seçilən Flora xanım Kərimovanı ziyarət etmək nəsib oldu. Onunla söhbət etmək, yanında olmaq böyük bir dərs, böyük bir enerji qaynağıdır. Sözlərindəki müdriklik, baxışlarındakı güc və sənətə olan hədsiz bağlılıq insana həm ruh verir, həm də ümid aşılalayır. Flora xanım, Tanrı sizə sağlam və uzun ömür, könlünüzdən keçən gözəl günləri bəxş etsin. Siz bizim üçün dəyəri ölçülməz bir sənət xəzinəsisiniz”, - Samir Bağırov yazıb.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!