“Eurovision-2008” təmsilçimiz Samir Cavadzadə dostlarından gileylənib.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkədə dostların barədə yazan müğənni hər kəsə əsl dost arzulayıb: “Dost nə deməkdir?! Bir çoxu bunu həqiqətən anlamır! Cüzi qədər də pislik etməmişəm, amma nədənsə qarşı tərəfdən mənasız, yersiz hərəkətlər çox gördüm... Mən isə sakitcə aralanmışam. Bir şeyi dəfələrlə görüb anlayıram ki, heç vaxt pis durumunu çox adama göstərib və bildirmək olmaz! Mütləq bundan istifadə edib, səni aciz bilib, artıq bəyənməyəcəklər və daha da əzməyə çalışacaqlar! Hər kəsə sadiq və əsl dost arzusu ilə”.
Telegram kanalımız