Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar -   Bir gün əvvəl... 

saytların hazırlanması

Evə çatdırılma

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl... 

Sosial

13 May 2025 14:02 13274


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar ortaya çıxıb.

“Yeni Sabah”  Bakupost.az-a istinadən xəbər verir ki, 49 yaşlı hakim ötən gün infarkt keçirərək xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Bu gün o, Qurd Qapısı qəbiristanlığında dəfn olunub.

Mərhumun yaxınlarının verdiyi məlumata görə, Samir Əliyev Azərbaycandan Türkiyəyə təhsil almaq üçün göndərilən ilk tələbələrdən biri olub. 1992-ci ildə Ankara Universitetinə daxil olan S.Əliyev daha sonra təhsilini Bakı Dövlət Universitetində davam etdirib və buranı hüquq ixtisası üzrə bitirib. pizza

Samir Əliyevin üç övladı var. Onun Londonda təhsil alan qızı üçün bu gün xüsusilə ağır olub. Belə ki, qızının diplom müdafiəsi bu günə təsadüf edib. Atasının ölüm xəbərini alan tələbə dərhal Bakıya qayıdıb.

Maraqlıdır ki, Samir Əliyev bir həftə əvvəl özəl xəstəxanalardan birində ümumi check-up müayinəsindən keçib. Ürək damarları, exo, stress-test də daxil olmaqla bütün müayinələrdən keçən hakimdə heç bir problem aşkarlanmayıb. Buna baxmayaraq, bu gün səhər saatlarında qəfil infarkt keçirərək vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!