“Samir Piriyevin qızıdır deyə, xüsusi münasibət göstərilməlidir?” - Video

saytların hazırlanması

Evə çatdırılma

“Samir Piriyevin qızıdır deyə, xüsusi münasibət göstərilməlidir?” - Video

Şou

24 Sentyabr 2024 13:43 545


Müğənni Samir Piriyevin xanımı Anara Piriyeva videomüraciət yayaraq 42 nömrəli tam orta məktəbin direktorundan şikayətçi olduğunu bildirib.

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, o, direktorun qızının geyiminə irad tutmasını haqsız sayıb.

42 nömrəli tam orta məktəbin direktoru Firəngiz Həmidova qeyd edib ki, digər şagirdlər kimi Fərəhə də irad tutulub: pizza

"Məktəb direktorunun uşağa irada tutmağa ixtiyarı yoxdur?! Məktəbin 1700 şagirdindən biri kimi Fərəhə də demişik ki, bu açıqrəngli ətəkdir, bir az tünd olmalıdır. Onu söyüb, təhqir edib, şəxsiyyətinə xələl gətirməmişik ki?! İndi Samir Piriyevin qızıdır deyə, xüsusi münasibət göstərilməlidir? Bizim məktəbli formamız boz ətək, mavi köynəkdir. Biz də bunu tələb edirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!