Samirə: “Dünyasını dəyişməzdən öncə mahnını mənə verdi”

saytların hazırlanması

Evə çatdırılma

Samirə: “Dünyasını dəyişməzdən öncə mahnını mənə verdi”

Şou

29 İyun 2024 13:54 1046


Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, tədbirdə müğənni Samirə Əfəndi sözləri Vaqif Səmədoğlu, musiqisi Mobil Babayevə məxsus “Sən gələndə” mahnısını ifa edib.

“Səs Azərbaycan” layihəsindəki təsirli ifasından sonra müğənni bu əsərə klip də çəkdirib, yeni aranjimanda təqdim etmişdi. Pepperoni pizza

Samirə Əfəndi bildirib: “Mobil Babayev dünyasını dəyişməzdən 2-3 ay öncə biz görüşmüşdük. Vaqif Səmədoğlunun xanımı bu mahnını bütün haqları ilə mənə hədiyyə ediblər”.

Müğənninin ifası Səmədoğlunun xanımı, şərqşünas Nüşabə Babayevanı təsirləndirib. O, gecədə göz yaşlarını saxlaya bilməyib.

V. Səmədoğlu 5 iyun 1939-cu ildə dünyaya gəlib. Ona 1999-cu ildə Azərbaycanın Xalq şairi fəxri adı verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!