Samirə Əfəndi norveçli sevgilisindən danışdı:   “Özümü ciddi göstərmişəm“

saytların hazırlanması

Evə çatdırılma

Samirə Əfəndi norveçli sevgilisindən danışdı: “Özümü ciddi göstərmişəm“

Şou

09 İyun 2021 16:20 1575


"Avroviziya-2021” təmsilçimiz Samirə Əfəndi norveçli sevgilisindən danışıb.

Yenisabah.az xəbər verir ki, ARB televiziyasında qonaq olan müğənni şəxsi həyatından danışıb.

O, müsabiqədə ona sevgisini elan edən Norveç təmsilçisi, Tix təxəllüsü ilə tanınan müğənni barəsində açıqlama verib: Toyuqlu pizza

"Yaxın günlərdə Bakıya gəlmək istəyir, amma məhdudiyyətlər var. Pandemiyaya görə gələ bilmir. Mən də koronaya görə israr etmirəm. Yaxşı oğlandır, amma üç həftə tanışlıqdan sonra evlilik düzgün deyil. Biz danışmalıyıq, bir-birimizi tanımalıyıq. Mədəniyyətlərimiz tam fərqlidir. Hələ ki, düşünürəm".

Samirə Əfəndi  "Oğlan ciddidirmi?" sualına "Hər halda ciddidir. Mən də özümü ciddi göstərmişəm" - deyə cavab verib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!