Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına yeni baş həkim təyinatı həyata keçirilib.
“Yeni Sabah” Report-a istinadla xəbər verir ki, bu vəzifəyə Samirə Kazımova təyin edilib.
S.Kazımova buna qədər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Kür Qəsəbə Xəstəxanasının baş həkimi olub. Marqarita pizza
Qeyd edək ki, Şəmkir Regional Xəstəxanasında Gəncə və Naftalan şəhərləri, eləcə də Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonları da daxil olmaqla, ümumilikdə 2 şəhər və 9 rayon üzrə vətəndaşlara tibbi xidmətlər göstərilir.
Telegram kanalımız