Samuxda bədbəxt hadisə baş verib. Hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.
Yenisabah.az xəbər evrir ki, 1964-cü il təvəllüdlü Rəhimov Ədil Adıl həyəti suvarmaq üçün su açan zaman yıxılıb. Xəstəxanaya aparılan 57 yaşlı kişinin öldüyü məlum olub.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib. Dominos pizza
İlkin məlumata görə, mərhum ürək tutmasında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız