Samux sakinindən 9 kiloqramdan artıq marixuana götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Samux sakinindən 9 kiloqramdan artıq marixuana götürüldü

Kriminal

28 Yanvar 2021 13:47 833


Samux və Sabirabad sakinlərindən narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş A.Məmmədov Samux rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 6 qramdan artıq, yaşadığı Qarabalar kəndindəki evin zirzəmisindən isə 9 kiloqram 200 qram marixuana aşkar edilərək götürülüb.

Sabirabad polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində isə Qalaqayın kəndində yaşayan Q.Orucovun evinin həyətinə baxış zamanı oradan 3 kiloqram 175 qram marixuana aşkar edilib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!