Samuxda ağır qəza olub, bir ailənin 4 üzvü xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Samuxda ağır qəza olub, bir ailənin 4 üzvü xəsarət aldı

Hadisə

27 Yanvar 2025 08:51 203


Samuxda yol qəzası olub.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsinin yaxınlığında baş verib. Belə ki hərəkətdə olan "VAZ 21015"  ilə "VAZ 21011" markalı minik maşınları toqquşub.Qəza zamanı "VAZ 21011"- də olanlar-  1986-cı il təvəllüdlü E.İsmayılov, onun həyat yoldaşı 1997-ci il təvəllüdlü N.Tanrıverdiyeva, onların övladları 2008-ci il təvəllüdlü S.İsmayılov və 2023-cü il təvəllüdlü D.İsmayılova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılara tibbi yardım göstərilib,vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Sezar pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!