Samuxda evdə partlayış:   Xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Samuxda evdə partlayış: Xəsarət alan var

Hadisə

04 Dekabr 2020 23:15 1358


Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, partlayış dalğasının təsirindən evin divarları dağılıb, qapı və pəncərələri çərçivədən çıxıb. Yanğın nəticəsində evin 1 otağında 2 ədəd döşək yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Dominos pizza

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!