Samuxda gənci ildırım vuraraq öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Samuxda gənci ildırım vuraraq öldürdü

Hadisə

17 May 2021 21:44 1165


Samuxda bədbəxt hadisə baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Hacalı kəndində qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü Sənan Zaur oğlu Həsənov təsərrüfatda mal-qara otaran zaman onu ildırım vurub. 18 yaşlı gənc həmin an ölüb. Dominos pizza

İlkin məlumata görə, örüşdə qoyun otaran 3 nəfər olub. İldırım onların yaxınlığına düşdüyündən zərbədən hamısı müvazinətini itirərək yıxılıb. Digər 2 nəfər bir neçə dəqiqədən sonra ayağa qalxıb.

İldırımın çaxdığı məqamda S.Həsənovun telefonla danışdığı bildirilib.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!