Samuxda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Samuxda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı

Hadisə

03 Mart 2024 17:50 783


Samuxda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt polis məntəqəsinin əməkdaşlarının Mingəçevir su anbarında keçirdikləri növbəti monitorinqlər nəticəsində Samux rayonunun Qırmızı Samux kəndi ərazisində qeyri-qanuni balıq ovu ilə məşğul olan T.Atakişiyev saxlanılıb. pizza sifarişi

Yoxlama zamanı ondan bir ədəd rezin qayıq, iki ədəd avar, sintetik tor, bir ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ovladığı “Şəhmayi” balıqları və digər əşyalar götürülərək protokollaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!