Samuxda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olundu

saytların hazırlanması

Evə çatdırılma

Samuxda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olundu

Hadisə

30 İyul 2021 00:45 1105


Samux Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Alabaşlı və Qara-arx qəsəbəsində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, hər 2 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq, karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib. Toyuqlu pizza

Bundan başqa, rayon ərazisində fəliyyət göstərən şadlıq saraylarında keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 65 nəfər restorana buraxılmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!