Samuxda yanğın   - İki nəfər tüstüdən zəhərləndi

saytların hazırlanması

Evə çatdırılma

Samuxda yanğın - İki nəfər tüstüdən zəhərləndi

Hadisə

23 Yanvar 2021 00:50 1080


Samuxda yanğın hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.

Kənd sakini Qurbanov Eldara məxsus tövlədə anidən yanğın başlayıb. Yanğın zamanı tövlədə olan ev quşları yanaraq tələf olub. pizza mizza

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Yanğını söndürməyə gələn kənd sakinləri - 1988-ci il təvəllüdlü Qurbanov Rüfət Eldar oğlu və 1998-ci il təvəllüdlü Bayramov Xəyal Xeyrəddin oğlu tüstüdən zəhərləniblər. 

Kənd sakinləri xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma  olub.

Hadisənin başvermə səbəbləri araşdırılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!