Samvel Karapetyan məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Samvel Karapetyan məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs edildi

Dünya

18 İyun 2025 23:58 445


İrəvan şəhərinin birinci instansiya məhkəməsi iş adamı Samvel Karapetyanın iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan KİV-in teleqram kanallarında bildirilib.

Təqsirləndirilən şəxsin vəkili qərarın qanunsuz olduğunu bildirib. Toyuqlu pizza

Qeyd olunur ki, S.Karapetyan Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi, yəni hakimiyyətin ələ keçirilməsinə açıq çağırış, ərazi bütövlüyünün pozulması, suverenlikdən imtina, konstitusiya quruluşunun zorakılıqla devrilməsi ilə ittiham olunur.

Bundan əvvəl xəbər yayılıb ki, Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları rusiyalı biznesmen S.Karapetyanı hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham edərək saxlayıblar./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!